Məşğulluq Mərkəzində təlimi bitirməkdə olan gənclərdən bir qismi işlə təmin olunub (FOTO)


Digərləri 04 Yan 2019 16:14:00 166 0

Məşğulluq Mərkəzində təlimi bitirməkdə olan gənclərdən bir qismi işlə təmin olunub (FOTO)

İş axtarma bacarıqları üzrə təlimi bitirməkdə olan gənclərdən bir qismi artıq işlə təmin olundu

Bakı. Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzində təşkil olunmuş təlimi bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar. Nazirlikdən Trend-ə verilən məlumata görə, bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar və s. öyrədilir.