Müşfiqin qalıqlarının araşdırlması barədə yeni XƏBƏR var


Digərləri 04 Yan 2019 14:24:00 207 0

Müşfiqin qalıqlarının araşdırlması barədə yeni XƏBƏR var

"Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılan işlər hələ başa çatmayıb. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib".

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ə.Həsənov bildirib ki, təkcə Müşfiqlə bağlı deyil, digər şəxlərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. 

"Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı iş aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad və  digər ictimai-siyasi xadimlər də var. Belə qərara alındı ki, həmin ərazidə digərlərinin də məsələsi həll olunsun. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu  sayda sümük qalıqları təqdim edilib və bu proses  davam edir. Başqa nəsə deyə bilmərəm. Çünki qalan məsələlər istintaq sirridir".

Ədalət Həsənov müayinələrin nə zaman bitəcəyini dəqiq bilmir: