Türkiyədə aviareyslər təxirə salındı


Dünya 04 Yan 2019 14:10:00 188 0

Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.