BakıGəncə qatarındakı qiymətlər niyə fərqlidir?


Digərləri 04 Yan 2019 14:17:00 175 0

BakıGəncə qatarındakı qiymətlər niyə fərqlidir?

Ötən ilin dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarı yola düşüb. 

Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes klass (62 yer) və standart (296 yer) olmaqla, 367 oturacaq yeri mövcuddur. 3 kateqoriyaya aid olan yerlərin isə hər birinin ayrıca qiyməti var.

Belə ki, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 15, biznesdə 50, birinci klassda isə 100 manatdır.

Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.

Son.az xəbər verri ki, qafqazinfo məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. O qeyd edib ki, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda sərnişinlərin rahatlığını təmin etmək üçün maksimum şərait yaradılıb.