Nazirlik: "Bu metod ədalətsizliyi aradan qaldıracaq"


Digərləri 04 Yan 2019 13:52:00 212 0

Nazirlik: "Bu metod ədalətsizliyi aradan qaldıracaq"

Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası"nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

E.Əmrullayev qeyd edib ki, summativ qiymətləndirmə qaydalarının tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq: "Belə deyilir ki, ilin ortasından bunu necə tətbiq etmək olar? Ancaq biz bu qaydaların tədris ilinin ortasından tətbiqi üçün bir maneə görmürük. Düzdür, bəzi məktəblərdə 1-ci siniflərdə summativ qiymətləndirmə aparılıb, çünki mövcud qaydalar belə idi. Bundan sonra məktəblərdə 1-ci siniflər üçün summativ qiymətləndirmə aparıla bilməz. Məktəblərdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə isə hələ başlanılmayıb. Qiymətləndirmələr yarımillərin sonunda aparılır".