Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatıb


Dünya 04 Yan 2019 13:56:00 193 0

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatıb

Gürcüstanda H1N1 virusuna ("donuz qripi") yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb.

Son.az report-a istinadən xəbər verir ki, H1N1 virusu diaqnozu ilə Tbilisinin İnqorovka xəstəxanasında müalicə olunan gənc öülb.

Pasiyentin "donuz qripi"ndən ölməsi laborator şəraitdə təsdiq olunub.

Xəstəxanadan bildirilib ki, təxminən, 30 yaşda olan gənc iki gün tibbi müəssisədə müalicə alıb, lakin onun vəziyyəti çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.