Balotelli Fransada qalır, amma...


İdman 04 Yan 2019 13:48:00 514 0

Balotelli Fransada qalır, amma...

Nice-nin hücumçusu Mario Balotelli klubunu dəyişməyə yaxındır.

Goal.az xəbər verir ki, futbolçu Fransanın digər klubunun formasını geyinə bilər. Nice-nin baş məşqçisi Patrik Viera Balotellinin davranışından narazıdır. Klub “başabəla” hücumçudan ayrılmağı ən münasib variant hesab edir. 28 yaşlı hücumçu Marseille-nin diqqət mərkəzinə düşüb. Tərəflər arasında danışıqlar artıq başlayıb. Transfer yaxın günlərdə baş tutacaq. Marseille Balotellinin karyerasında 6-cı klub olacaq. Niça-dan əvvəl İnter, Manchester City, MilanLiverpool-da oynayıb.