ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib


Dünya 04 Yan 2019 13:15:00 203 0

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib. 

Son.az report-a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.

ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib.