Avtomobili qaçıran kişi özünü və onu qovalayanı bıçaqladı VİDEO FOTO


Dünya 04 Yan 2019 12:21:00 202 0

Avtomobili qaçıran kişi özünü və onu qovalayanı bıçaqladı  VİDEO  FOTO

Avstraliyada orta yaşlı kişi qaçırdığı yük avtomobilini polis onu dayandırmaq istədikdə qəsdən digər maşınların üstünə sürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, o, daha sonra avtomobilindən düşüb qaçmaq istəyərkən onun arxasınca gələn hadisə şahidinə bıçaq zərbəsi vurub və başqa avtomobili oğurlayıb.

Təxminən 1 saat boyunca qovalanan kişi polislər tərəfindən mühasirəyə alındıqda özünü bıçaqlayıb.

Hadisə yerinə gələn həkimlərin səyinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.


Xəbərə aid fotolar