Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak ediblər (FOTO)


Digərləri 04 Yan 2019 12:26:20 170 1

Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak ediblər (FOTO)

Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Türkiyənin İzmir şəhərində 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim-məşq düşərgəsində iştirak edib.

Bakı. Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Türkiyənin İzmir şəhərində 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim-məşq düşərgəsində iştirak edib. Federasiyadan Trend-ə verilən məlumata görə, nüfuzlu “Teos Marina Yelkən Klubu”nun dəvətilə təlim-məşq düşərgəsinə Türkiyənin məşhur Yelkən Klubları da qatılıb. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış keçirilib. Qeyd edək ki, təlim-məşq düşərgəsində milli yığmamızın yelkənçiləri ilə yanaşı, Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdiriblər.