Uşaqlara siqaret və spirtli içki satanlar cərimələndilər FOTO


Digərləri 04 Yan 2019 11:54:00 224 0

Uşaqlara siqaret və spirtli içki satanlar cərimələndilər  FOTO

Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.

Reyd nəticəsində rayon ərazisində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

Pünhan Mirzə Son.az


Xəbərə aid fotolar