Bayram günlərində əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb


Digərləri 04 Yan 2019 11:52:00 232 0

Bayram günlərində əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb.

Bakı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb. “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanaraq, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunublar.