Binəqədidə evdə faciə:


Digərləri 04 Yan 2019 11:22:00 427 0

Binəqədidə evdə faciə:

Bakıda dəm qazından zəhərlənmə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 3-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Allahverdiyeva Mirvari Fəaliyyət qızı hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.