UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı


Digərləri 04 Yan 2019 10:57:17 448 0

UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Türkiyədə “Turk Marka və Patend Kurumu” tərəfindən də tanınıb.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Türkiyədə “Turk Marka və Patend Kurumu” tərəfindən də tanınıb. UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09,16, 35, 41 və 42 saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Bura təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyən edilməsi məqsədi ilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir.