Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var!” müsabiqəsində I və III yerləri qazanıblar (FOTO)


Digərləri 04 Yan 2019 10:37:53 500 0

Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var!” müsabiqəsində I və III yerləri qazanıblar (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində 1-ci və 3-cü yeri qazanıblar.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində 1-ci və 3-cü yeri qazanıblar. Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Müsabiqə “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” adlı 4 nominasiya üzrə aparılıb.