Bakıda çoxmərtəbəli binada dəhşətli yanğının görüntüləri VİDEO


Digərləri 04 Yan 2019 10:27:00 301 0

Bakıda çoxmərtəbəli binada dəhşətli yanğının görüntüləri  VİDEO

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub.

FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.

Videonu izləmək üçün şəklə klikləyin: