Orta məktəblərdə ixtisasartırma təlimləri keçirilib (FOTO)


Digərləri 04 Yan 2019 10:26:04 476 0

Orta məktəblərdə ixtisasartırma təlimləri keçirilib (FOTO)

Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub.

Bakı. Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib. Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən təşkil olunmuş təlimlər 60 saatlıq proqramı əhatə edib.