Liverpool-un futbolçusu ən yaxşı seçildi


İdman 04 Yan 2019 10:00:00 482 0

Liverpool-un futbolçusu ən yaxşı seçildi

2018-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçunun adı açıqlanıb.

Goal.az xəbər verir ki, “Sambafoot” tərəfindən aparılan sorğuda Liverpool-un hücumçusu Roberto Firmino həmyerlilərini qabaqlayıb. O, səslərin 21,79 faizini toplamaqla qalib olub. 27 yaşlı forvarda “Samba Gold” mükafatı təqdim olunub.

Sonrakı yerləri Real-ın müdafiəçisi Marselo (20,51) və PSG-nin hücumçusu Neymar (18,67) tutub.