Külək yenə dənizi "coşdurdu" - Türkiyədə reyslər təxirə salınır


Digərləri 04 Yan 2019 09:44:20 457 0

Külək yenə dənizi "coşdurdu" - Türkiyədə reyslər təxirə salınır

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Bakı. Rufiz Hafizoğlu - İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər. Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir. Qeyri-sabit hava şəraitinin həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılıb.