3 gündür "yoxa çıxan" tələbə qızlar


Dünya 04 Yan 2019 09:36:00 629 0

3 gündür "yoxa çıxan" tələbə qızlar

Ukraynanın Xarkov şəhərində iki tələbə türk qızı yaşadıqları evdə ölü tapılıblar.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündür onlardan xəbər ala bilməyən bir rəfiqələrinin səhər saatlarında polisə gedərək vəziyyəti bildirməsindən sonra polis tələbələrin yaşadığı evə gedib. Kirayə qaldıqları mənzildə qızların cansız bədənləri ilə qarşılaşan səlahiyyətlilər "isti izlər"lə apardıqları araşdırma zamanı qızların öldürüldüyünü müəyyən ediblər.

Tələbələrin Xarkov Universitetində oxuduqları məlum olub.


Xəbərə aid fotolar