Göygöldə 130 mm-lik top mərmisi tapılıb (FOTO)


Digərləri 04 Yan 2019 02:25:03 472 0

Göygöldə 130 mm-lik top mərmisi tapılıb (FOTO)

Göygöl rayonunda top mərmisi tapılıb.

Bakı. Göygöl rayonunda top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 03 Yanvar tarixində saat 16:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Göygöl rayonu, Dozular kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.