Həyat yoldaşının intiharına dözməyib özünü öldürdü


Digərləri 03 Yan 2019 23:29:00 239 0

Həyat yoldaşının intiharına dözməyib özünü öldürdü

Həyat yoldaşının intiharına dözməyən şəxs 4 gün sonra həmin yerdə özü də intihar edib.

Hadisə Quba rayonunun Susayqışlaq kəndində, Bədirxanovlar ailəsində baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dekabr ayının 29-da 1969-cu il təvəllüdlü Bədirxanov Səməd yaşadığı evin damından özünü asaraq intihar edib. Dünən gecə saatlarında isə onun həyat yoldaşı Ceyran Bədirxanova ərinin intihar etməsinə dözməyərək, S.Bədirxanovun intihar etdiyi yerdə canına qəsd edib.

Onu da qeyd edək ki, ailənin iki oğlu var.

Faktla bağlı Quba Rayon Prakrorluğunda cinayət işi açılıb.