Dəm qazı yenə də can aldı


Digərləri 03 Yan 2019 23:31:00 291 1

Dəm qazı yenə də can aldı

Balakən rayonunda bədbəxt hadisə baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Mərhum dəm qazından zəhərləndiyi bildirilir. Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.