Evdə xırda işləri görməklə xanımınıza dəstək olmağa çalışın


Digərləri 03 Yan 2019 23:35:00 287 0

Evdə xırda işləri görməklə xanımınıza dəstək olmağa çalışın

Yəqin ki, bunu dəfələrlə eşitmisiniz və ya oxumusunuz ki, xanımların söhbət etməyə ehtiyacı vardır. Deyə bilərsiniz ki, bütün insanların bu ehtiyacı vardır. Ancaq xanımlar ruhi cəhətdən kişilərdən daha çox söhbət etməyə və dərdləşməyə ehtiyac duyurlar. Onlar gün ərzində gördükləri işlər haqqında sizinlə danışmaq və arzu və istəklərini bildirmək istəyirlər. Ancaq siz bir həyat yoldaşı kimi bəzən yorğunsunuz, bəzən də hövsələniz yoxdur, amma yenə də onun sözlərinə qulaq asmağa çalışın. Bəzən başınızı tərpədin və bəzən də həyəcanına şərik olun.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir qadın evinin bütün işlərindən məsul olduğu üçün səhərdən axşama qədər təmizlik edər, yumaq və ütü işləri ilə məşğul olar. Bəzən bunu xəstə olsa belə edər, bəzən də körpə uşağı olmasına baxmayaraq edər. Səhərdən başlanan bu çalışma axşama qədər davam edər və sabah səhər açılan zaman yenə də bu işlər təkrar olunmalıdır. Bəzən bu işlər xanımınız üçün yorucu olur. Ancaq əgər siz öz işlərinizi görməkdə ona yardım etsəniz, bunun özü də böyük kömək olar. Misal üçün əyninizdən çıxartdığınız paltarları yerinə assanız, ya oxuduğunuz qəzeti yerinə qoysanız və ya içdiyiniz çay fincanını mətbəxə aparsanız xanımınız üçün böyük kömək olar. O, sizin diqqətinizi hiss edər.

Həyat yoldaşınızın sizdən istəkləri vardır və əmin olun ki, bir qədər diqqət etməklə həmin istəkləri yerinə yetirmək olar. Həyat yoldaşınız istəyir ki, bəzi tarixləri yadda saxlayıb, bir yerdə qeyd edəsiniz. O, istəyir ki, ailə qurduğunuz günü unutmayasınız.

Həyat yolaşınıza sadə bir hədiyyə alaraq da onu şad edə bilərsiniz. Bir dənə qırmızı qızılgül onun üçün böyük bir sevincə səbəb olar.