Soyuq hava infarkt riskini artırır


Digərləri 03 Yan 2019 23:25:00 248 0

Soyuq hava infarkt riskini artırır

Havaların soyuması ürək çatışmazlığı, xroniki ürək xəstəliyindən əziyyət çəkənlər, o cümlədən də infarkt xəstələri üçün ciddi riskdir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, həkim Nuket Yoldaş ürək xəstəliklərindən əziyyət çəkən şəxsləri xəbərdar edib. O, bildirib ki, belə hava şəraiti virusa yoluxma ehtimalını artırır. Bu da nəticə etibarı ilə ürəyi xəstə insanların səhhətində gərginlik yarada bilər.

"O səbəbdən məsləhət görürəm ki, müxtəlif ürək xəstəliklərindən əziyyət çəkən şəxslər belə havalarda evdə otursunlar. Bu şəxslərə havada çox zaman keçirtmək olmaz. Həmçinin müxtəlif viruslardan qorunmaq üçün tədbirli olmalıdırlar. Qalın üst geyimi, papaq, şərf və əlcək geymək məsləhətlidir" - deyə həkim bildirib.