Yaxşı rəftar et ki, yaxşılıq özünə qayıtsın


Digərləri 03 Yan 2019 23:15:00 290 0

Yaxşı rəftar et ki, yaxşılıq özünə qayıtsın

Bu dünyanın qanunlarından biridir ki, hər nə etsən əksul-əməl göstərər. Ola bilsin ki, bu dünyada onu hiss etməyək, ancaq o biri dünyada hər bir kiçik və böyük əməllərimizin nəticəsini görəcəyik. "De: "Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir"". ("İsra" 84).

Bu, bir sünnətdir ki, yaxşılıqlar və pisliklər insanın özünə qayıdar. İnsanın vurduğu hər bir zərbə özünə dəyir. Başqalarına etdiyi hər bir xidmət isə əslində özünə xidmətdir. "Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız". ("Bəqərə" 141).

İnsan, gördüyü hər bir əməlin nəticəsinə şahid olar və yaxşı əməlin nəticəsi yaxşı mükafatdır. Pis əməlin nəticəsi isə əzabdır. İnsanlara bu dünyada nəsib olan bəzi müsibətlərin də səbəbi - elə həmin pis əməllərin mükafatıdır ki, onlara çatmışdır.

Çətinlikərin və müsibətlərin müxtəlif fəlsəfəsi vardır:

1. İnsanın batini və xarici istedadlarının çiçəklənməsi.

2. Gələcəyinə dair xəbərdarlıq.

3. İmtahan olar.

4. Qəflət yuxusundan ayıldar.

5. Günahların cəzası.

6. İnsanın həyatdakı səhlənkarlığının səmərəsi.

Beləliklə deyə bilərik ki, yaxşı əməl sahibi yaxşı mükafat alar, pis əməl sahibi isə cəza. "Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 8).

Son.az deyerler.org-a istinadən bildirir ki, əməl insandan ayrılmaz və ondan başqasına çatmaz. İmam Əli (ə) buyurur: "Sən heç kimə ehsan etmirsən və heç kimə pislik də etmirsən" və sonra bu ayəni tilavət edir: "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik)". ("İsra" 7).