Qarabağ yolunda ağır qəzalar: 16 erməni yaralandı, 1i hərbçidir FOTO


Dünya 03 Yan 2019 23:02:00 452 0

Qarabağ yolunda ağır qəzalar: 16 erməni yaralandı, 1i hərbçidir  FOTO

Ermənistanın Gekarkunik vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

Son.az musavat.com-a istinadən bildirir ki, hadisə İrəvandan işğal altındakı Azərbaycan ərazilərinə çəkilən yolun, İrəvan-Xocavənd magistralının 28-ci km-liyində baş verib. Bu gün saat 15 radələrində baş verən qəzada "Mersedes" və "Nissan" toqquşub. Nəticədə 9 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqdır. Yaralılar tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edək ki, ötən gecəyarısı Kəlbəcər yolunda da ağır qəza baş verib. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin hissə komandirinin mavini, İrəvandan olan Tatul Sərkisyan və daha 6 nəfər yaralanıb.


Xəbərə aid fotolar