İran ABŞın ittihamlarına cavab verib


Dünya 03 Yan 2019 22:57:00 229 0

İran ABŞın ittihamlarına cavab verib

İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur.

Son.az "Report"a istinadən bildirir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.

Bundan əvvəl Pompeo bildirmişdi ki, İran bu təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli və daha dərin iqtisadi və diplomatik təcridlə uzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməlidir. O əlavə edib ki, İranın hərəkətləri onun BMT TŞ-nin 2231 saylı qətnaməsinə tam etinasızlığını nümayiş etdirir.

"İranın kosmik raket buraxılışı və raket sınaqları 2231 saylı qətnaməni pozmur", - deyə Zərif "Twitter"də yazıb.