İsraildə fahişələrlə bağlı sərt qərar


Digərləri 03 Yan 2019 22:59:00 234 0

İsraildə fahişələrlə bağlı sərt qərar

İsrail parlamenti fahişələrin xidmətindən istifadəni qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

Son.az oxu.az-a istinadən bildirir ki, qanun yerli vətəndaşların və əcnəbi turistlərin pritonlarda, "əxlaqsızlıq yuvaları"nda olmasını yasaqlayır.

İlk dəfə qanunu pozan şəxslər iki min şekel (900 AZN) cərimə ödəyəcəklər. Qanun təkrar pozulduqda, cərimənin məbləği dörd min şekel (1800 AZN) təşkil edəcək. Xüsusi hallarda isə qanun pozuntusuna yol verən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək və 75 min şekel (34,3 min manat) cərimə ödəməli olacaqlar.