Musa Yaqubun səhhəti ağırlaşdı


Digərləri 03 Yan 2019 22:03:00 280 0

Musa Yaqubun səhhəti ağırlaşdı

Ağır Parkinson xəstəliyindən əziyyət çəkən tanınmış şair Musa Yaqubun səhhəti hər ötən gün daha da pisləşir.

82 yaşlı şair hazırda anadan olduğu İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Hər gün onu sevən dostları, həmyerliləri evinə gələrək Musa Yaqubu ziyarət edir, səhhəti ilə maraqlanırlar.

Onu ziyarətə gələnlər albomlardakı şəkillərə baxır, köhnə xatirələri yada salırlar. Musa Yaqub hər kəsə xoşbəxtlik arzu edərək insanları bir-birinə dəyər verməyə çağırır.