Yasin surəsini latın əlifbası ilə başqası üçün muzd müqabilində oxumaq olarmı?


Digərləri 03 Yan 2019 22:05:00 307 0

Yasin surəsini latın əlifbası ilə başqası üçün muzd müqabilində oxumaq olarmı?

Ümumilikdə Qurani-Kərimin istənilən surəsini və ya bütöv Quranı muzd müqabilində oxumaq günah deyil. Bəzi insanlar bunu haram saysalar da, bu iş icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, amma Quran qiraətinin öz qaydaları vardır. Hərflərin düzgün tələffüzündən tutmuş təcvid qaydalarına kimi bunlara riayət etmək lazımdır. Quranı muzdla oxuyan adam bu qaydaları gözləməlidir. Ərəb əlifbasını bilməyən və latın əlifbası ilə Quran oxuyan şəxsin isə bunlara əməl etməsi qeyri-mümkündür. Buna görə də muzd müqabilində latın əlifbası ilə, təcvid qaydalarına əməl etmədən Quran oxumaq düzgün deyil. Bunu hədiyyə məqsədi ilə etmək icazəlidir. Həmçinin, ərəb əlifbasını bilməyən bir şəxsin öz mərhumları üçün latın əlifbası ilə Quran oxuması və savabını onların ruhuna hədiyyə etməsi qadağan deyil.