İqitsadi böhran, başağrısı törədən qaçqınlar, güclənən irqçilik... –


Digərləri 03 Yan 2019 21:55:00 245 0

İqitsadi böhran, başağrısı törədən qaçqınlar, güclənən irqçilik... –

ABŞ-la ticarət savaşı, NATO-da gərginlik, iqtisadi böhran, Böyük Britaniyanın ayrılması, qaçqınlar problemi və ultrasağçıların yüksəlişi. Avropanın düçar olduğu və indiki anadək gözə çarpdırmamağa çalışdığı bütün problemlər bunlardır, amma xoflanmaq üçün bu səbəblərin hamısı 2019-da tam gücüylə üzə çıxacaq.

Son.az strateq.az-a istinadən bildirir ki, Avropa bir neçə çətinliklə uzun müdət eyni vaxtda çarpışıb. Problemlər üst-üstə yığışıb və çoxalıb və bir çoxunun həlli yoxdur. Məsələn, "Brexit" prosesi 2019-un martında başa çatır. Yəni Böyük Britaniya AB-dən çıxır. Bu olay özüylə nə gətirəcək və nə aparacaq - hələlik tam şəkildə aydın deyil.

ABŞ prezidenti Trampın başladığı ticarət savaşı gedir. AB müxtəlif tədbirlər görməyə çalışsa da, birlik qarşıda onu nələrin gözlədiyini hələlik dəqiq görə bilmir.

Artıq ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları demirik. AB sanksiyalardan yan keçmək üçün tədbirlər görmək niyyətini elan edib. Lakin Avropa ölkələrinin İranla ticarətin davamı üçün onunla yaratmağı planlaşdırdığı maliyyə mexanizmi hələlik yaradılmayıb. Hətta bununla bağlı heç bir konkret addım da atılmayıb.

Qaçqınlar böhranı 2015-dən bəri Avropa üçün dəhşətə çevrilib. Avropalılar Türkiyənin qapısını döyərək bu dəhşətə son qoymağa çalışıblar. Qaçqınlar üzrə saziş çərçivəsində Türkiyəyə vəsait ödənilməsi məsələsində gərəkli addımlar belə də atılmayıb. Buna baxmayaraq, Türkiyənin sayəsində Egey dənizində mühacir axını kəsilib, amma Aralıq dənizində Şimali Afrikadan mühacirət Avropaya başağrısı verməkdədir.

Qaçqınlar Avropanın bir çox ölkələrində, hər şeydən qabaq Fransada küçələrdə, şəhər parklarında, körpülərin altında yaşamağa məcburdurlar. Onların saxlanması üçün mütəşəkkil düşərgələ məhduddur və tam dolub. Eyni durum Yunanstan üçün səciyyəvidir.

Küçələrdəki mühacirlər çoxalan irqçiliklə yanaşı avropalılar üçün özəl təhlükədir. Almaniyada Xemnits şəhərində AFR vətəndaşının qətlə yetirilməsinin iki iraqlının həyata keçirdiyi haqda ehtimallar iğtişaşlara və bu iki qrupun bir-birilə toqquşmasına səbəb olub.

İrqçilik həm küçələrdə, həm də parlamentdə böyüyür. Niderlandiya, Avstriya, Almaniya - bu durumun ən qaynar və canlı örnəyidir.