Məşhur filosofdan valideynlərə


Digərləri 03 Yan 2019 21:44:00 237 0

Məşhur filosofdan valideynlərə

Peteris Klyava böyük ürəyə malik məşhur filosof və həkimdir. O, iyirmi beş ildir ki, Latviyanın Uşaq Klinik Xəstəxanasında insan inkişafı, həyat və ölüm arasındakə sirli əlaqəni öyrənir. "Reanimare" cəmiyyətini yaradan həkim dünyanın hər yerində həyatınızı harmoniya və nizama salmağa kömək edən mühazirələr deyir və seminarlar verir.

Son.az publika.az-a istinadən həkimin uşaq tərbiyəsi haqqında dəyərli fikirləri ilə tanış edir:

1. Yanıma huşu özündə olmayan azyaşlı gətirəndə nə baş verdiyi anlamaq üçün üçcə saniyəm var. Dördüncü saniyədə hərəkətə keçir və vəziyyətini yaxşılaşdırmağa çalışıram. Cəmiyyətin və ölkənin digər prosesləri də eyni şəkildə idarə edilməlidir.

2. Arzu edirəm ki, təsadüfən doğulacaq uşaqlar onların məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın.

3. Almaniyada gənclər arasında "Prioritetləriniz nədir?" sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar "Uşağa nə verə bilərəm?" sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir.

4. Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karmik görmə deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmaqdır.

5. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?