Tolik paylaşımı ilə onlara acıq verdi


Şou-biznes 03 Yan 2019 19:05:00 251 0

Tolik paylaşımı ilə onlara acıq verdi

Prodüser-aparıcı Tarix Əliyev sosial şəbəkədəki paylaşımı ilə şairə Nazilə Səfərliyə acıq verib

.

Son.az axşam.az-a istinadən bildirir ki, rəqqasə Fatimə Fətəliyeva Nazilə ilə fotosunu yerləşdirərək barışdıqlarını bir daha göstərməyə çalışıb. Tolik isə hər iki məşhurla küsülü olan müğənni Xatun Əliyeva ilə şəklini yerləşdirib. O, paylaşımına "Gördüm Fatimə şəkil paylaşıb Nazilə ilə. Mən də dedim Xatunla paylaşım, bərabər olsun" sözlərini yazıb.

Qeyd edək ki, Tolik "Maşın" şouda yer alan Naziləyə küsülü olduğu aparıcı-aktyor Sərxan Kərəmoğlu ilə mehriban olmamasını bildirmişdi. Tolik bunu açıq-aşkar sosial şəbəkədə yazmışdı. Nazilənin oyun boyunca Sərxanla qruplaşması prodüserlə aralarının dəyməsinə səbəb olub.