Yarım tondan çox heroinə görə tutulmuşdu,


Kriminal 03 Yan 2019 18:53:00 712 0

Yarım tondan çox heroinə görə tutulmuşdu,

Yarım tondan çox heroinin dövriyyəsində təqsirləndirilən Nəsrulla Abbasov azadlığa buraxılıb.

Son.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin istintaq orqanının N.Abbasovun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatı Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyin Səfərov təmin etməyib və N.Abbasov azadlığa çıxıb. Bu gün isə DGK-nin həmin qərardan verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim İlqar Murquzov həmkarının qərarını qüvvədə saxlayıb.