"Aparıcılar elə həyasızlaşıb ki, Zaur Kamala şükür"


Şou-biznes 03 Yan 2019 18:04:00 311 0

"Aparıcılar elə həyasızlaşıb ki, Zaur Kamala şükür"

Deyirlər məni o dünyada ayağımdan asacaqlar. Çünki müğənnilərlə düz dolanmıram.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. Onun sözlərinə proqramın qonaqlarından olan əməkdar artist Teymur Əmrah belə reaksiya verib: "Elə həyasız aparıcılar var ki, sənə min şükür. Bundan sonra sənin verilişinə gələcəm, nə istəsən soruş. Kiminlə necə danışacağını bilirsən. Kateqoriyanı bilirsən.  Efiri bu günə qoymaq olmaz. Gözəl mahnılar oxuyuram, istəyirəm efirdə olum, amma qorxuram. Hansı kanala gedirsən dava, adam qorxur verilişə çıxım. Küçədə şəxsiyyətsizlər o qədərdir. Çağırmısınız, qoyun mahnı oxuyaq, başqa şeyləri təhlil edirsiz".