Boca Juniors-un yeni baş məşqçisi açıqlandı


İdman 03 Yan 2019 17:45:00 321 0

Boca Juniors-un yeni baş məşqçisi açıqlandı

Boca Juniors-un yeni baş məşqçisinin adı açıqlanıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Argentina təmsilçisinin “sükan”ı Qustavo Alfaroya tapşırılıb. 

Alfaronun son iş yeri Argentinanın Urakan klubu olub.

Boca Juniors-da bir müddət əvvəl baş məşqçi Qilyermo Barros Skelotto vəzifəsindən ayrılmış və Los Anceles Galaxy klubunun “sükanı arxasına” keçmişdi.