Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yayıb


Digərləri 03 Yan 2019 17:48:53 439 0

Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yayıb

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bakı. Yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır. Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.