Beynəlxalq Avtovağzal bayram günlərində 70 mindən çox sərnişin daşıyıb


Digərləri 03 Yan 2019 16:51:00 486 0

Beynəlxalq Avtovağzal bayram günlərində 70 mindən çox sərnişin daşıyıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və bayram günlərində - 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin ölkədaxili və beynəlxalq səfəri təmin edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Qurum rəsmisinin sözlərinə görə, gün ərzində sərnişinlərin daşınması üçün təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub:

"Respublikanın bütün bölgələrinə axın çox olub, amma Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib".