Şok etiraf: iki rahibə uşaqbaz çıxdı VİDEO FOTO


Digərləri 03 Yan 2019 16:37:00 444 0

Şok etiraf: iki rahibə uşaqbaz çıxdı  VİDEO  FOTO

ABŞ-da iki qadın illər əvvəl rahibələrin təcavüzünə məruz qaldıqlarını etiraf ediblər. Onların dediklərinə görə, rahibələrdən biri ona spirtli içkilər və narkotik maddələr verərək cinsi əlaqənin "sirlərini" öyrədib.

Son.az Daily CBS News-a istinadən bildirir ki, Nyu-Cersi ştatının sakini Triş Kehillin dediyinə görə, 15 yaşı olanda Nyu-Cersidəki Müqəddəs Yelizaveta Şəfqət Bacıları kilsəsində (Sisters of Charity of St. Elizabeth) rahibə Eylin Şouya etirafında keşiş dayısının onunla qəddar davrandığını deyib.

"Şouya dedim ki, hələ 5 yaşım olanda dayım mənə əzab verirdi. Rahibə Eylin mənə yardım etdi, dərdimi dinlədi, ürək-dirək verdi. Sonra isə o, mənə narkotik maddələr və spirtli içkilər verdi, qadınla cinsi əlaqəni "öyrətdi"", - Kehill deyib.

Kehillin sözlərinə görə, Eylin Şounun onunla davranışı barədə kilsə rəhbərliyinə və başqa rahibələrə danışanda qalmaqal qopub. 1994-cü ildə ştatın Kilsə Şurası E.Şounun ailəsinə 70 min dollar ödəyərək onları məhkəməyə şikayət etməkdən vaz keçdirib.

Kilsə Şurasının yaydığı bəyanatda deyilir: "1994-cü ildə bu barədə məlumat alınan kimi məsələyə təcili olaraq baxılıb. Bütün tərəflərlə razılaşdırılmış anlaşma əldə olunub. Hesab edirik ki, "Şəfqət bacıları" kilsəsi məsuliyyətli davranıb".

İbtidai məktəbdə direktor işləyən Eylin Şou vəzifəsindən qovulsa da, o, hələ də rahibədir.

Triş Kehillin sözlərinə görə, 15 yaşında təcavüzə məruz qalması nəticəsində hələ də posttravmatik stress yaşayır, narkotik maddələr və spirtli içkilər qəbul edir.

Ştatdakı kilsələrdən birində rahibə olmuş Meri Dispensa isə baş rahibənin onun dodaqlarından öpdüyünü və "ehtiraslı gecə" təklif etdiyini söyləyib.


Xəbərə aid fotolar