Jurnalistlər binasından oğurluq edən şəxslərin cinayət işi məhkəməyə göndərildi


Digərləri 03 Yan 2019 16:28:00 250 0

Jurnalistlər binasından oğurluq edən şəxslərin cinayət işi məhkəməyə göndərildi

Jurnalistlər binasından media nümayəndələrinin velosipedlərini oğurlamaqda təqsirləndirilən Kənan Orucov və tanışı Anar Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Anar Tanrıverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 24-ü saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 saylı binanın 105 nömrəli mənzilinin giriş qapısının qarşısından Süleyman İsmayılbəyliyə məxsus 150 manat dəyərində velosiped oğurlanıb. Həmin gün saat 22 radələrində həmin binada 131 nömrəli mənzildə yaşayan Müşfiq Ələsgərliyə məxsus 550 manat dəyərində "Wolf" markalı velosiped qapının qarşısından oğurlanıb.