Baş məşqçinin transferdən xəbəri olmayıb


İdman 03 Yan 2019 16:19:00 265 0

Baş məşqçinin transferdən xəbəri olmayıb

Borussia Dortmund-un yarımmüdafiəçisi Kristian Pulişiç Chelsea-ya keçib.

Goal.az xəbər verir ki, London klubununu baş məşqçisi Maurisio Sarri transfer barədə məlumatsız olub. Çalışdırıcı bunu etiraf edib:

“Çərşənbə axşamına qədər Pulişiçin keçidi barədə məlumatım yox idi. Bir ay əvvəl mənim fikrimi soruşmuşdular. Futbolçunu müsbət xarakterizə etmişdim. Bu söhbətə bir daha qayıtmadıq. Elə bilirdim ki, məsələ bitib. Çərşənbə axşamı dedilər ki, Pulişiç artıq Chelsea-ya gətirilib. Transfer məsələsinə görə cavabdehlik daşımıram. Bu səbəbdən keçidi şərh edə bilmərəm”.

Qeyd edək ki, amerikalı yarımmüdafiəçinin transferi 64 milyon avroya başa gəlib. Pulişiç cari mövsüm Borussiya-nın heyətində 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.