Qaz pulu 20 qəpikdən hesablanır?


Digərləri 03 Yan 2019 15:43:00 627 0

Qaz pulu 20 qəpikdən hesablanır?

Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir. 

O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: "Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. "Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər".