Avtobus aşdı:


Dünya 03 Yan 2019 15:36:00 301 0

Avtobus aşdı:

Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mərkəzi vilayəti yol polisinin rəisi polkovnik İrəc Kəhrizi deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub. 8 sərnişin isə yaralanıb.

Kəhrizi yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.