Baş katib: "Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır"


Digərləri 03 Yan 2019 15:38:32 309 0

Baş katib: "Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır"

Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşdırılmasında aparıcı rol oynayır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib vurğulayıb: "Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək".

M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.