Parlament deputatlara mobil telefonu qadağan edə bilər


Dünya 03 Yan 2019 15:00:00 240 0

Parlament deputatlara mobil telefonu qadağan edə bilər

İran parlamenti deputatlarının mobil telefondan istifadəsinin qadağan edilməsi məsələsini gündəmə gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamenti daxili qayda-qanunların tənzimlənməsi komissiyasının sədri Qulamrza Katib deyib.

Onun sözlərinə görə, komissiya parlamentin iclaslarında deputatların mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Hüseyn Nəqəvi Hüseyninin layihəsini təxminən 2 ay öncə təsdiqləyib. Bu layihəni 140-150 deputat imzalayıb.