Yeni ildə azərbaycanlılar daha çox hara səfər ediblər?


Digərləri 03 Yan 2019 14:57:00 708 0

Yeni ildə azərbaycanlılar daha çox hara səfər ediblər?

Bayram günlərində xaricə səfər edən sakinlər daha çox Türkiyə və Gürcüstana üstünlük veriblər.

Bakı. Ceyhun Ələkbərov - Bayram günlərində xaricə səfər edən yerli sakinlər daha çox Türkiyə və Gürcüstana üstünlük veriblər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Dubaya səfər edənlərin sayı azalıb: “Ənənəvi olaraq yerli sakinlər bayramda daha çox, Türkiyə, Gürcüstan, Avropa ölkələri və Dubaya səfər ediblər. Ötən illə müqayisədə Dubaya səfər edənlər azalıb, Gürcüstana səfər edənlər isə çoxalıb”.