Ağdamda qanunsuz ov edənlər saxlanılıb


Digərləri 03 Yan 2019 14:48:28 775 0

Ağdamda qanunsuz ov edənlər saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bakı. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafael Piriyev saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb.