Bayram günlərində yollarda 6 nəfər öldü


Digərləri 03 Yan 2019 14:28:00 550 0

Bayram günlərində yollarda 6 nəfər öldü

Bayram günlərində respublikanın yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, ötən ilin son günü və Yeni ilin ilk günü (31 dekabr - 1 yanvar) respublikanın avtomobil yollarında 7 yol qəzası olub. Bu qəza zamanı 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb.

Ötən gün isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.