Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı məlumatlara münasibət - RƏSMİ


Digərləri 03 Yan 2019 14:06:00 458 0

Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı məlumatlara münasibət - RƏSMİ

Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bakı. Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin (BBGİ) sahibkarlara "maneələr" yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Belə ki, məlumatda Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.